İndiyə kimi Avropa ölkələrində ən çox elektrikli avtomobil hansı ölkədə satılıb? - STATİSTİKA

Avropada elektrikli avtomobil bazarında satışlar ildən-ilə yüksəlməyə davam edir.
Avtosfer.az xəbər verir ki, “EBS Consulting”in “ACEA” məlumatlarına əsaslanan yeni hesabatına görə, 2025-ci ilin avqust ayında qitə üzrə on minlərlə elektrikli avtomobil satılıb.
Statistikaya əsasən, siyahıya 336 707 satışla Almaniya liderlik edir. İkinci yerdə 276 635 ədəd satışla Böyük Britaniya, üçüncü yerdə isə 184 871 satışla Fransa qərarlaşıb. Ümumilikdə isə 2025-ci ilin yanvar-avqust aylarında Avropanın müxtəlif ölkələrində elektrikli avtomobil satışları yüksək artım tempi göstərib.
Bu artımın əsas səbəbləri sırasında dövlətlərin tətbiq etdiyi stimullaşdırıcı tədbirlər, yeni model çeşidlərinin bazara çıxarılması və enerji doldurma məntəqələrinin genişlənməsi göstərilir.
2025-ci ilin ümumi satış rəqəmlərinə görə ilk onluq belə formalaşıb:
Almaniya – 336 707
Böyük Britaniya – 276 635
Fransa – 184 871
Türkiyə – 119 640
Belçika – 96 255
Norveç – 93 522
Niderland – 81 797
Danimarka – 75 456
İsveç – 62 611
İspaniya – 61 959
Azərbaycanda isə elektrikli avtomobil bazarı hələlik ilkin inkişaf mərhələsindədir. Satış rəqəmləri Avropa ilə müqayisədə aşağı olsa da, son illərdə marağın artdığı müşahidə olunur. Bunun səbəbi kimi ölkədə elektrik doldurma məntəqələrinin mərhələli şəkildə qurulması, həmçinin vətəndaşların bu seqmentə marağının yüksəlməsi göstərilir. Mütəxəssislər bildirirlər ki, yaxın illərdə Azərbaycanda da elektrikli avtomobillərin payı nəzərəçarpacaq dərəcədə arta bilər.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












