"Land Rover" daha bir modeldən imtina edib - FOTO

Range Rover SV Coupe modelinin ardınca Land Rover şirkəti daha bir modelin buraxılmasından imtina edib - bu Discovery modelinin hardkor variantı olan Discovery SVX ofrouderidir. 2017-ci ildə nümayiş etdirilmiş konseptin seriya variantının keçən ilin sonunda satışa çıxacağı bildirilirdi.

Hardkor ofrouderin buraxılışı ilə Special Vehicle Operations (SVO) bölməsi məşğul olmalı idi. Hardkor Discovery SVX modeli Land Rover markasının model xəttində SVR və SVAutobiograpy modifikasiyaları ilə bir cərgədə durmalı idi. Land Rover Discovery SVX modelini V8 mühərriki ilə təchiz etmək planlaşdırılırdı. Şirkət nümayəndələrinin bildirdiyinə görə, avtomobil üçün başqa mühərrik nəzərdə tutulmamışdı. Bununla belə, SVX adı gələcək modellər üçün ehtiyatda saxlanacaqdır.

Land Rover Dscovery SVX konsepti 525 at qüvvəsi və 625 Nm fırlanma anı hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilmişdi. Ofrouder pnevmoasqı və aktiv köndələn dayanıqlılıq stabilizatorları, aktiv mərkəzi differensial, elektronika ilə idarələnən arxa differensial və Terrain Response II hərəkət rejimlərinin seçilməsi sistemi ilə təchiz edilirdi. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












