Mercedes-Benz öz muzeyini "Porsche" əməkdaşları üçün pulsuz edib

Bu ayın sonunda Porsche şirkətinin Ştutqartdakı muzeyi 10 illik yubileyini qeyd edəcəkdir. Bu münasibətlə Mercedes-Benz şirkəti Porsche şirkətinin əməkdaşları üçün öz muzeyinə girişi ödənişsiz edib.
31 yanvardan 10 fevral tarixinə qədər Mercedes-Benz muzeyinə daxil olmaq üçün, Porsche əməkdaşlarına sadəcə bu şirkətdə çalışdıqlarını təsdiq edən sənədi göstərmək kifayətdir. Üstəlik, muzeyə baş çəkmək üçün o qədər də uzağa getməyə ehtiyac yoxdur – məlumdur ki, hər iki markanın muzeyi Ştutqartda yerləşir.

Mercedes-Benz və Porsche şirkətləri uzun müddətdir ki əməkdaşlıq edirlər. Məsələn, hər iki şirkət 2016-cı ildən başlayaraq birlikdə güzəşt aksiyaları və xüsusi təkliflər ilə çıxış edirlər. Bu əməkdaşlığın son nümunəsi kimi, Porsche 550 Spyder modelinin Mercedes-Benz muzeyində “gümüş oxların” əhatəsində nümayiş etdirilməsini göstərmək olar. (Autograph)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












