"Mercedes"in servisində Azərbaycanda istehsal olunan yağlar istifadə edilə bilər

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürov, həmin müəssisənin strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə və “Millers Oils Azerbaijan” MMC-nin direktoru Sənan Abdullayev “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi tərəfdaşı olan “AutoStar Kaukasus” şirkətində olublar.
AMEA-dan Avtosfer.az-a bildirilib ki, aqressiv marketinq siyasətinin nəticəsi olaraq keçirilən görüşün əsas məqsədi iki qurum arasında müvafiq sahələrdə birgə əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
YT Parkın rezidenti, Böyük Britaniyanın “Millers Oils” şirkətinin birgə təsisçisi olduğu “Millers oils Azerbaijan” MMC-nin direktoru Sənan Abdullayev isə bu müəssisədə 28 çeşiddə beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və münasib qiymətlərə avtomobil yağlarının istehsal olunduğunu deyib. Bildirib ki, bu məhsullar dünyanın bir sıra iri avtomobil şirkətləri tərəfindən keyfiyyət sertifikatları ilə təmin edilib.
“AutoStar Kaukasus” şirkətinin baş direktoru Kamil Məmmədov çıxış edərək Azərbaycanda rəhbərlik etdiyi qurum tərəfindən avtomobillərə tam zəmanətli və peşəkar texniki servis xidmətinin həyata keçirildiyini deyib. O, texniki servis xidməti zamanı “Millers oils Azerbaijan”ın istehsal etdiyi avtomobil yağlarından istifadənin müştəri məmnuniyyəti ilə yanaşı, həm də şirkətin gələcək inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
K.Məmmədov YT Parkda istehsal edilən rəqabətqabiliyyətli innovativ məhsulları yüksək qiymətləndirib, yaxın gələcəkdə “Millers oils Azerbaijan” markalı avtomobil yağları ilə tanışlıq məqsədilə bu müəssisəyə səfərin təşkilində maraqlı olduğunu bildirib.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












