Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
Böyük Britaniyada fəaliyyət göstərən güc aqreqatı istehsalçısı “Horse Powertrain” hibrid və uzadılmış mənzilli elektrikli nəqliyyat vasitələri üçün yeni nəsil mühərrik texnologiyasını təqdim edib.
Şirkətin açıqlamasına görə, “Amorf Motor” adlanan yeni texnologiya hibrid və EREV (uzadılmış mənzilli elektrikli avtomobillər) üçün nəzərdə tutulub və sənayedə ən yüksək səmərəlilik göstəricilərindən birinə – 98,2 %-ə qədər effektivlik əldə edə bilir.
Avtosfer.az xəbər verir ki, yeni mühərrikin əsas fərqi istifadə olunan materialdan qaynaqlanır. Belə ki, sistemdə ənənəvi kristal quruluşlu polad əvəzinə qeyri-müntəzəm atom quruluşuna malik amorf polad ərintisindən istifadə olunur. Bu material yüksək maqnit keçiriciliyi ilə tanınır və daha çox transformatorlarda tətbiq edilir. Mühəndislər həmin texnologiyanı avtomobil sənayesinə tətbiq etməklə enerji itkilərini əhəmiyyətli dərəcədə azaltmağa nail olublar.
Şirkət mühəndisləri bildirirlər ki, yeni mühərrikdə istifadə olunan laminasiya qatları ənənəvi materiallarla müqayisədə təxminən on dəfə daha nazikdir və qalınlığı cəmi 0,025 millimetr təşkil edir. Bu yanaşma nəticəsində stator daxilində istilik və dəmir itkiləri təxminən 50 faiz azaldılıb.
Texniki göstəricilərə gəldikdə isə, “Amorf Motor” 140 kVt güc və 360 Nm fırlanma anı hasil edə bilir. Şirkətin texnologiya üzrə direktor müavini İnqo Şolten bildirib ki, yeni mühərrik texnologiyası hibrid avtomobillərdə yanacaq və enerji sərfiyyatının təxminən 1 faiz azalmasına kömək edə bilər.
Mütəxəssislərin fikrincə, bu mühərrik texnologiyası xüsusilə növbəti nəsil plug-in hibrid və uzadılmış mənzilli elektrikli avtomobillərdə daha geniş tətbiq oluna bilər və yüksək səmərəlilik tələb olunan modellərdə əsas komponentlərdən biri kimi istifadə ediləcək.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












