Nadir "Porsche" rekord qiymətə satıldı - FOTO

İstehsalı dayandırılmış "Porsche 911 GT2 RS" modeli "Bring a Trailer" hərracında rekord qiymətə - bir milyon dollara satılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.
Avtomobilin bu qədər yüksək qiymətə satılmasının bir neçə səbəbi var. Əvvəla, o, demək olar ki, istifadə edilməyib - istehsal olunduğu vaxtdan indiyədək cəmi 954 kilometr yol qət edib.
Bundan başqa, avtomobil 18 min dollar dəyərində olan "Weissach" paketi ilə təchiz edilib. Bu paket yüngülləşdirilmiş konstruksiya elementlərini özündə birləşdirir və modeli yarış trekləri üçün daha uyğun edir.
Qiymətə təsir edən amillərdən biri də kuzovun nadir bənövşəyi metal rəngidir. Məhdud sayda istehsal olunan "Porsche" modellərində qeyri-adi rənglər kolleksiyaçılar arasında yüksək qiymətləndirilir və avtomobilin ikinci əl bazarındakı dəyərini əhəmiyyətli dərəcədə artırır.
Qeyd edək ki, "Porsche 911 GT2 RS" 700 at gücündə iki turbokompressorlu 3.8 litrlik mühərriklə təchiz olunub. Yeni hibrid "Porsche 911 Turbo S" təqdim edilənədək bu model markanın ən güclü seriya avtomobili hesab olunurdu.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












