Neft ölkəsində elektromobil bumunun sadə səbəbləri

Norveç elektromobilə keçidlə bağlı proqramının icrasında hədəfə yaxınlaşır. Yanvarda satılan nəqliyyat vasitələrinin 95,8 faizini elektromobillər təşkil edib.
Avtosfer.az xəbər verir ki, statistikanı Norveçin Yol hərəkəti üzrə informasiya Şurası (OFV) yayıb. Məlumatda göstərilir ki, ölkədə satılan 50 modeldən cəmi ikisi elektrik dartılı olmayıb.
Müqayisə üçün deyək ki, Avropada ötən il satılan nəqliyyat vasitələrinin cəmi 13,6 faizi elektromobil olub.
Şuranın direktoru Solberq Torsen tendensiyadan razıdır. Onun ehtimalına görə yaxın aylarda 100 faiz elektrik hədəfinə nail olmaq mümkün olacaq.
Ölkədə ötən ay satılan fərdi avtomobillərin cəmi 1,5 faizi dizel mühərrikli, 1 faizi doldurulan hibrid, cəmi 0,4 faizi isə benzin mühərrikli maşınlar olub.
Torsen neft ölkəsindəki bu uğurun səbəbini də açıqlayıb. Onun fikrincə, elektromobillərin geniş yayılmasının səbəbi əlçatanlıqdır. Buna nail olmaq üçün rüsumlar hiss edilməyəcək dərəcədə aşağı salınıb. Sürətli doldurma məntəqələri hər yerdə mövcuddur.
Ən əsası isə, elektromobil sahiblərinin demək olar hamısı nəqliyyat vasitəsini şəxsi qarajında doldura bilir. Bununla da, batareya doldurmaqla bağlı vaxt itkisi aradan qalxır.
Norveç Elektromobil Assosiasiyasının direktoru Kristina Bu bildirir ki, artıq infrastruktur elə həddə gəlib ki, uzaq yola çıxarkən narahat olmağa ehtiyac yoxdur.
Krallıqda aprelin 1-dən etibarən daxiliyanma mühərrikli avtomobillərə tətbiq edilən rüsumlar artırılacaq.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












