Sürücülər yeni avtomobil modellərinin çoxfunksiyalı olmasından narazıdır? – ARAŞDIRMA - FOTO

İnkişaf edən texnologiya ilə avtomobil istehsalçıları hər il daha çox yenilik təqdim etsələr də, sıfır yürüşlü avtomobillərdə üzə çıxan texniki problemlər və istifadəçi şikayətləri sektorda ciddi suallar doğurur.
Avtosfer.az xəbər verir ki, xüsusilə 2025-ci il istehsalı olan modellərdə baş verən nasazlıqlar diqqətçəkən səviyyəyə çatıb.
Bu barədə “JD Power” avtomobil araşdırma şirkətinin dərc etdiyi son hesabatda bildirilir. 92 min 694 istifadəçi və kirayəçi ilə keçirilən sorğuda yeni avtomobillər 10 müxtəlif kateqoriya üzrə qiymətləndirilib. Bu sahələrə məlumat-əyləncə sistemləri, sürücülük təcrübəsi, interyer və eksteryer dizaynı, oturacaqlar, sürücüyə yardım funksiyaları və kondisioner sistemləri daxildir.
“JD Power”in baş direktoru Frank Hanley bildirib ki, xüsusilə yüksək texnologiyalı lüks modellər daha çox problem yaradır. Onun sözlərinə görə, bu avtomobillərdəki mürəkkəb sistemlər sürücünün diqqətini yayındırmaqla yanaşı, ümumi istifadə təcrübəsinə mənfi təsir göstərir.
“Sürücülər bəzən ən sadə əməliyyatı yerinə yetirmək üçün belə bir neçə toxunuş etməli olurlar. Bu isə diqqətin dağılmasına səbəb olur,” – deyə Hanley qeyd edib.

Məlumatda vurğulanır ki, avtomobilin idarəetmə sistemlərinin həddən artıq çox olması, xüsusilə iqlimə nəzarət və qaraj qapısının açılması kimi funksiyaların bir neçə ekran keçidi ilə yerinə yetirilməsi sürücüləri yora və çaşdıra bilər. Bundan başqa, məlumat-əyləncə sistemlərinin mürəkkəbliyi və fincan tutacaqlarının əlverişsiz yerləşməsi də istifadəçilər tərəfindən ən çox şikayət olunan məsələlər sırasındadır.
Keçən il reytinqin zirvəsində qərarlaşan “Ram Trucks” markası 2025-ci ildə ciddi geriləmə ilə sonuncu pilləyə enib. 2024-cü ildə birinci olan marka bu il 7-ci yerə düşərək, sorğunun ən diqqətçəkən nəticələrindən birinə imza atıb.
“JD Power”ın “İlkin Keyfiyyət Araşdırması” çərçivəsində 2025-ci ildə ən çox şikayət edilən 10 marka da açıqlanıb. Qiymətləndirmə zamanı PP100 balı əsas götürülüb. Bu göstərici hər 100 avtomobilə düşən şikayət sayını əks etdirir. Qeyd edək ki, daha yüksək PP100 balı daha çox texniki problem anlamına gəlir.
Avtomobil sənayesində texnologiya yarışının tempi artdıqca, bu yeniliklərin istifadəçi dostu olması daha da böyük əhəmiyyət kəsb edir. “JD Power”ın hesabatı göstərir ki, istehlakçı gözləntiləri ilə istehsalçının texnoloji seçimləri hər zaman uyğun gəlmir. Mürəkkəb sistemlər və lazımsız texnologiyalar, xüsusilə sürücülük təhlükəsizliyinə təsir etdikdə, markaların müştəri məmnuniyyətində geriləməsinə səbəb olur.
Eltac Zülfüqaroğlu
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar










