Təqaüdə çıxan “Mercedes”in rəhbərinə “BMW”dən maraqlı vidalaşma - VİDEO

Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb. Avtosfer.az "Marja"ya istinadən xəbər verir ki, vəzifəsini Ola Källenius-a təhvil verən Zetsche, şirkətin səhmdar yığıncağının ardından işçilər ilə vidalaşaraq Mercedes dəftərini hələlik bağlayıb. Belə ki, Zetsche-nin 2021-ci ildə Daimler-in Məsləhətləşmə Şurasına başçılıq edəcəyi gözlənilir. Məşhur rəhbərə bir vida da, Mercedes-in ən böyük rəqibi BMW-dən gəlib. BMW yaydığı reklam filmində, Zetsche-nin direktor olaraq son gününə yer verib. Reklam filimində Mercedes S Seriyası tərəfindən evinə aparılan Dieter Zetschenin, sonda BMW i8 Roadster-inə minərək sürətli bir şəkildə yola düşdüyü görülür. Bağlanış səhnəsində isə, BMW-nin Zetsche-ə ünvanladığı "uzun illər boyunca ilhamverici rəqabət üçün təşəkkürlər" mesajına yer verilir.
Qeyd edək ki, filmdəki səhnələrdə Zetschenin özü deyil, ona çox bənzəyən bir oyunçu rol alıb. BMW-nin bu "hücumuna" Daimler-in cavabı gecikməyib. Şirkətdən verilən açıqlamada, "Bizcə müdirimiz bunun yerinə (filmdəki i8) gerçək at gücünü seçər. Yenə də təqdiriniz və xoş rəqabətiniz üçün təşəkkürlər" ifadəsi istifadə edilərək Zetsche-nin hibrit mühərrikə malik BMW i8 Roadster istifadə etməyəcəyinə eyham edilib.


Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır












