Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR

Havalar Avropadakı kimi isti keçməsə də, Azərbvaycanda çox adam artıq yay tətilinə çıxıb. Bir çoxları səfərə şəxsi avtomobillər gedir və bu müddətdə daim vərdiş etdiyi avtoservislərdən, ustalardan uzaq düşür. Bəs bu müddətdə mümkün nasazlıqları necə qabaqlamaq olar?
Avtosfer.az xəbər verir ki, mütəxəssislər uzunmüddətli səfərdən qabaq aşağıda göstərilənləri yoxlamağı israrla tövsiyə edirlər:
- antifrizin səviyyəsi və radiatorun vəziyyəti,
- şinlərin vəziyyəti və təzyiqi,
- tormoz qəliblərinin və mayenin vəziyyəti,
- şüşəsilənlər,
- akkumulyator.
Akkumulyator məsələsində ekspertlər bir məqamı xüsusi vurğulayırlar: adətən bu detal payız mövsümündə hava qəflətən soyuduqda sürücünü yolda qoyur. Buna görə də, sürücülər çox vaxt akkumulyatorun zəiflədiyini aşkar hiss etsələr də, onu dəyişməyi payıza saxlayırlar. Lakin bu qurğu yayda, həm də çox pis anda sıradan çıxa bilər. Məsələn, uzaq dağ yerində. Həm də nəzərə alaq ki, sovet avtomobillərindən fərqli olaraq müasir texnikanı itələyərək işə salmaq mümkün deyil.
Vüqar Yaşaroğlu
.jpg)

ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












