Volvo V40 hetçbeki krossoverlə əvəzlənəcək - FOTO

Yaxın üç il ərzində Volvo V40 hetçbekini kupeşəkilli krossover əvəzləyəcəkdir. İsveç markasının rəhbərliyi yeni modelin debütünü gecikdirməklə bazarda olan payını itirmək təhlükəsi ilə qarşılaşa bilər.
«Autocar» nəşrinin bildirdiyinə görə, Volvo şirkətinin rəhbəri Leks Kerssemakers V40 modelinin istehsalına bu il son veriləcəyini bildirib. V40 modelinin xələfi üzərindəki işlərə isə, artıq başlanılıbdır. İsveç istehsalçısı hetçbek və sedanların populyarlığını itirməsini nəzərə alaraq, V40 modelini krossoverlə əvəzləmək qərarına gəlib.

Qeyd etmək lazımdır ki, 40-cı seriyadan olan modellər, isveç istehsalçısının model xəttində yeni modul platformalarında inşa edilməyən yeganə modellərdir. Məsələn, Volvo XC40 - CMA, 60 və 90 seriyasından olan modellər isə SPA modul platformasında inşa ediliblər. Cari Volvo V40 modelinin əsasın Ford Global C şassisi təşkil edir. 2000-ci illərin əvvəllərində yaradılmış şassi «elektrikləşdirilmiş» modifikasiyaların buraxılmasına imkan vermir. Kerssemakers isə, belə modifikasiyası olmayan modelin buraxılmasını mənasız hesab edir.
Bu səbəbdən də, Volvo V40 modelinin xələfinin CMA modul platformasında inşa ediləcəyi ehtimal edilir. Dizayn cəhətdən yeni model 2016-cı ildə təqdim edilən Concept 40.2. prototipini təkrar edə bilər. (Autograph)

Ən dözümlü avtomobil adları AÇIQLANDI
Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO
Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı
Rusların “kitayski Toyota” müəmması










