Yüzlərlə şikayətçi “Volkswagen” konsernini məhkəməyə verib - Avstriyada

Avstriyada 574 şikayətçi vahid ərizə əsasında "Volkswagen” avtomobil konsernini məhkəməyə verib. Məhkəmə işinə Klaqenfurt Əyalət Məhkəməsində baxılacaq və bütün şikayətçiləri İstehlakçıların Müdafiəsi Cəmiyyəti təmsil edəcək. Məhkəmə ilkin mərhələdə bu şikayətə baxılması üzrə səlahiyyətli məhkəmə olması barədə məsələyə aydınlıq gətirməlidir. Ümumi dəyəri 3,6 milyon avroya bərabər təzminat iddiası son dövrlərdə konsernin dizel mühərrikli avtomobilləri ilə bağlı qalmaqala söykənir. Avtomobillərin havaya buraxdığı zərərli qazlara dair göstəriciləri manipulyasiya edən konsern dünyanın müxtəlif ölkələrində təzminat çəkişmələri ilə üz-üzədir.
"Volkswagen” şirkətindən məhkəmə çəkişməsi ilə bağlı verilən açıqlamada bildirilir ki, şirkət Almaniyada yerləşdiyinə görə, bu şirkətə qarşı məhkəmə qaydasında bütün iddialar həmin ölkənin məhkəmələrində qaldırılmalıdır. İstehlakçıların Müdafiəsi Cəmiyyəti isə şikayətçilərin yaşadıqları ərazidəki məhkəmələrə müraciət etmək hüququna malik olduqlarını iddia edib.
Martın 27-də keçiriləcək ilk iclasda məhkəmə Avropa İttifaqı Məhkəməsinə hansı ölkə məhkəmələrinin məsul olması barədə sorğu göndərməlidir. (AZƏRTAC)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












