110-luq yolda sol zolaqla gedir; heç kimə yol vermir - 90 ZV 002 - VİDEO

Sürücülərdən biri Avtsofer.az saytına insanların əsəblərinə toxunacaq videogörüntü göndərib. Yanvarın 1-də saat 19:00 radələrində Quba-Bakı magistralında 90 ZV 002 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq 110 km/saat sürət həddi olan yolun ən sol zolağında saatda 60-la hərəkət edir. Videogörüntünü göndərən sürücü nə qədər yol istəsə də, qarşıdakı sürücü yol verməyib. Elə bil ki, bu yol onun şəxsi büdcəsi hesabına tikilib və şəxsən ona məxsusdur. Arxada gələn sürücülər Bakıya qədər ya gərək bu sürücünün arxası ilə 60 km/saat sürətlə hərəkət edə, ya da ötmə qaydasını pozub sağdan keçə.
Nəzərinizə çatdıraq ki, sürücüyə zolaqlar üzrə düzgün yerləşmə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə 40 manat protokol yazılmalıdır.
Ümid edirik ki,DYP rəsmiləri tezliklə sürücünün müəyyən edilib protokol yazılmasını təmin edərlər.
Kənan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











