Cinayət törətmək istəyən qoçu sürücü və sərnişini tanıyın - 99 HM 788 - VIDEO

Avtosfer.az-ın oxucusu Əli Həsənli idarə etdiyi avtomobillə iyulun 5-də paytaxtın Yusif Səfərov küçəsində öz zolağıyla qaydalar çərçivəsində hərəkət edərkən,sol zolaqda hərəkətdə olan 99-HM-788 qeydiyyat nişanlı "Mercedes ML" markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq ona təhlükə yaradıb. Sürücü buna əhəmiyyət verməyib yoluna davam edən zaman, qeyd etdiyimiz "Mercedes" markalı avtomobilin sürücüsü bundan qəzəblənərək sağdan ötmə edib və həmin sürücünün avtomobilini qəsdən vurub. Hadisəni törədəndən sonra avtomobili qəfil dayandıraraq sürücünün qarşısını kəsib. Bu zaman günahkar sürücü sərnişinlə birgə avtomobildən düşüb Əli adlı sürücünü nalayiq söyüşlərlə söyərək təhqir ediblər.Sərnişin isə günahsız sürücünün avtomobilini yumruqla vurmağa başlayıb. Onlar sonradan avtomobilə minərək hadisə yerindən yayınıblar.
Əgər hadisə nəticəsində günahsız sürücünün avtomobili zədələnmiş olsa, qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Ümid edirik Polis əməkdaşları həmişə olduğu kimi bu məsələyə də operativ şəkildə reaksiya verərək günahkar şəxsləri cəzalandıracaq.
Təbriz
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











