DYP-dən reyd: Bakıda sərxoş halda maşın sürən iki xanım sürücü tutuldu – FOTO + VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, sonuncu belə reyd zamanı avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən 13 sürücü aşkarlanıb. Qeyd edək ki, həmin sürücülərdən ikisi xanım olub. Aşkar edilən sürücülər alkoqol müayinəsindən keçirilmələri üçün tibbi məntəqəsinə aparılıb. Müəyyən edilən sərxoş sürücülərdən biri yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirməyə çalışıb. Həmin şəxs Nobel prospektində yüksək sürətlə hərəkət edərək nəqliyyat vasitəsini dayandırmaqdan imtina etsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində "Nargilə" kafesinin yaxınlığında süni sıxlıq yaradılaraq saxlanılıb. Bundan başqa reyd zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Reyd zamanı həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb. Reyd zamanı ümumilikdə 30-dan çox sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 15 sürücüyə isə xəbərdarlıq edilib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.
Namiq







Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO















