DYP reyd keçirdi: 30-a yaxın sürücü cərimələnib - FOTO

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Göygöl Dövlət Yol Polisi bölməsi rayon ərazisində reyd keçirib. DİN mətbuat xidmətinin Gəncə Regional Qrupundan Avtosfer.az-a verilən məlumata görə, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, qanunla istifadəsi qadağan olunmuş pərdə, plyonka və rəngli şüşələrdən istifadə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.
Namiq
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













