DYP reyd keçirdi: 30-dan çox sürücü cərimələnib - VİDEO

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Ağdam rayonunda reyd keçiriblər. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd minik avtomobilləri və kənd təsərrüfatı texnikalarını idarə edən sürücülərə qarşı təşkil olunub. Rayonun müxtəlif ərazilərində keçirilən reydə Post Paturul Xidmətinin (PPX) əməkdaşları da cəlb ediliblər. Reydin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, qayda pozan sürücüləri aşkar etmək, eləcə də sutkanın qaranlıq vaxtında kənd təsərrüfatı texnikalarının magistral yola çıxmasının qarşısını almaq və sürücülərlə maarifləndirici söhbətlər etmək olub. Agdam RPŞ-nın DYP Bölməsinin rəisi Vasif Məmmədovun verdiyi məlumata görə, reyd zamanı dövlət qeydiyyat nişanı olmayan, yükdaşıma qaydalarını pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyənləşdirilib: "Həmçinin nəqliyyat vasitələrinin sürət həddini aşma, işiqforun qırmızı işığına məhəl qoymayan, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları da aşkarlanıb. Reyd zamanı 30-dan çox sürücü barəsində inzibati protokol tərtib edilib". Reyd zaman qaranlıq vaxtlarda traktorla yola çıxan sürücülərə də rast gəlinib və həmin sürücülərin digər nəqliyyat vasitələrinə təhlükə yaratmasının qarşısını almaq məqsədi ilə texnikalar YPX əməkdaşlarının müşayiəti ilə gedəcəyi ünvana çatdırılıb. Qeyd edək ki, rayonda bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











