DYP reyd keçirdi: 50-ə yaxın sürücü cərimələnib - FOTO + VİDEO

Kürdəmir rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. Ağır tonnajlı, iri qabaritli yük avtomobillərinin girişi qadağan olan yollarda hərəkət maşınların, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Reyd zamanı ümumilikdə 50-ə yaxın avtomobilin sürücüləri barədə protokollar tərtib edilib və bəzi avtomobillərin istismarı dayandırılaraq müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, avtomobili saxla əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görülüb. Bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.
Reydlərin bu ilin sonunadək mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
"Report"
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
















