"Ekologiya postu"nda ekoloji maarifləndirmə - 500-dən çox sürücü... - VİDEO

Avqustun 1-dən DİN Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində "Təmiz hava” aylığı keçirir. BDYPİ-nin Yol-patrul xidməti alayının Ekoloji nəzarət bölüyünün stasionar postunda keçirilən reydlər nəticəsində 500-dən artıq avtomobil saxlanılıb ki, onların 320-nin sürücüsü barəsində inzibati protokol tərtib edilib. Onların bəzilərinin idarə etdiyi avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarı normadan 2 dəfə artıq olub. Bəzi maşınlarda isə zəhərli qazların miqdarı normadan biraz artıq olsa da, yol polisi onlara cərimə yazmayıb və xəbərdarlıq edərək nöqsanın aradan qaldırılmasının faydalarını izah edib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildiriblər ki, "Təmiz hava” aylığının keçirilməsində məqsəd atmosferin avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır. Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












