İki "Mercedes" və bir "Hyundai" "protiv" getdi - 300 manat, 12 bal - VİDEO

Paytaxta ardıcıl olaraq kobud qayda pozan 3 sürücü Avtosfer.az kameralarına düşüb. Dekabrın 27-də, saat 09:00 radələrində Azadlıq prospektində 10 RU 123 və 10 AG 550 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10 SX 081 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri hərəkətin nisbətən sıx vaxtı, hamının öz zolağında getdiyi zaman özlərini digərlərindən imtiyazlı və vacib sayaraq 1.3 xətlərinin tələblərini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət ediblər. Avtomobillərin nömrə və modellərinə nəzər yetirəndə insanda belə fikir yaranır ki, bu sürücülər əmindirlər ki, DYP əməkdaşları onların bu qayda pozuntusunu görsə belə saxlayıb protokol tərtib etməyəcək.
Ümid edirik ki, DYP rəsmiləri bu video əsasında hər 3 sürücüyə protokol tərtib edib bunun belə olmadığını göstərəcəklər. Nəzərinizə çatdıraq ki, bu qayda pozuntusuna görə hər bir sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsinə əsasən 100 manat 4 cərimə balı tətbiq olunmalıdır.
Avtosfer.az görüntülər təqdim edir.
Kənan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO















