“KIA Optima” ilə dayanmadan qayda pozan sürücü - Cərimələndi - 90 CL 445 - VİDEO

Paytaxtda kobud qaydalar pozan sürücü kameraya düşüb. Görüntüləri oxuculardan biri Avtosfer.az saytına göndərib. Oktyabrın 6-da, saat 14:26 radələrində 90 CL 445 nömrə nişanlı “KIA Optima” markalı avtomobilin sürücüsü əvvəlcə sola dönərkən yolu keçməkdə olan piyadalara yol vermir, daha sonra isə növbəti yol ayrıcında 1.1 nişanlanma xəttinin tələbini pozur və piyada zolağında piyadalar yolu keçən zaman ötmə əməliyyatı edir. Xoşbəxtlikdən ağır faciə baş vermir.
Hər bir sürücünün həm özü, həm də yaxınları piyada qismində yollarda hərəkət edir. Başqalarının taleyinə necə biganə yanaşmaq olar? Sizin tələsib çatmaq istədiyiniz yer insanların həyatından daha vacib deyil axı.
Ümid edirik ki, DYP rəsmiləri bu sürücünün tapılıb ayrı-ayrı zamanda pozulmuş hər iki qayda pozuntusu üçün protokol tərtib olunmasını təmin edəcəklər.
***
Bakı şəhər DYP İdarəsindən Avtosfer.az-a bildirilib ki, bu gün həmin sürücü aşkar olunub və idarəyə dəvət edilib. Onun barəsində 4 bal, 100 manat cərimə protokolu tərtib edilib.
Kənan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











