"Mercedes" sürücü eyni vaxtda bir neçə qəza şəraiti yaratdı - VİDEO

Avtoreyd 27 İyun 2018 01:42 Oxunub 2399
"Mercedes" sürücü eyni vaxtda bir neçə qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin peşəkarlığı nəticəsində zəncirvari qəzadan yayınmaq mümkün olub

Bakıda qayda pozaraq bir neçə avtomobilə qəza şəraiti yaradan sürücünün görüntüsü Avtosfer.az-ın kamerasına düşüb. İyunun 21-də hava limanı yolunda dayanmış avtobusun arxasından hərəkətə başlayan 90-EG-125 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil manevr qaydasını pozaraq təhlükəli hərəkət edib. Sürücü sol zolaqda hərəkət edən avtomobillərə əhəmiyyət verməyərək zolağını dəyişən zaman həmin zolaqda hərəkət edən sürücünün qəflətən sürətini dəyişməyə məruz qoyub. Hərəkət sürətini dəyişən avtomobilin arxa kamerasından aydın şəkildə görünür ki,arxadan gələn daha bir sürücü qəflətən hərəkət sürətini dəyişib. Sürücülərin peşəkarlığı nəticəsində zəncirvari qəzadan yayınmaq mümkün olub.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh