Nəsimidə "07"ni bu hala salan "avtoş" saxlanıldı - FOTO

Bir neçə gün əvvəl Avtosfer.az portalında “Bakıda qeyri-adi hadisə - Nəsimi DYP “avtoş”u saxlamadı – VİDEO” başlıqlı yazı dərc edilmişdi. Bakıda “Memar Əcəmi” metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan, gecə-gündüz həmin ərazidə yaşayan sakinlərin dincliyini pozan 90-OP-027 qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobilin sürücüsünə YPX əməkdaşları göz yumduğu qeyd edilmişdi. Bu barədə Avtosfer.az-a həmin ərazidə yaşayanlar məlumat vermişdilər. Sakinlərin sözlərinə görə, həmin sürücü gecələr avtomobilin maqnitofonuna yüksək səs verərək əl əyləcindən istifadə edib yolda oyun çıxarırmış.
Avtosfer.az-a daxil olan məlumata görə artıq dünən həmin avtomobilin sürücüsü Nəsimi rayon yol polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü cərimə edilərək maşın duracağa aparılıb. Sürücüyə avtomobildə əlavə avadanlıq quraşdırdığı üçün İXM-nin müvafiq maddəsinə əsasən 150 manat cərimə edilib. Fotolardan da göründüyü kimi avtomobildə yaylarda dəyişiklik edilib. Maşının arxası demək olar ki, yerə dirənib və ön hissəsi normadan artıq qaldırılıb.
Avtmobil yalnız normalara uyğunlaşdırıldıqdan sonra cərimə meydançasından buraxılacaq.
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO



















