Özlərini ağıllı sayan “Niva” sürücüləri “protiv” gedir - 4 bal 100 manat - VİDEO

Avtoreyd 25 Oktyabr 2018 13:12 Oxunub 2693
Özlərini ağıllı sayan “Niva” sürücüləri “protiv” gedir - 4 bal 100 manat - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks istiqamətə çıxıb axına qarşı hərəkət etdikləri üçün cərimə oluna bilərlər

Paytaxtda kobuda qayda pozan iki niva sürücüsü Avtosfer.az-ın kamerasına düşüb. Oktyabrın 11-də axşam saatlarında Yusif Vəzir Çəmənzəminli küçəsində hərəkət edən 90-RO-747 və 10-KU-109 qeydiyyat nişanlı "Niva" markalı avtomobillərin sürücüləri 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb axına qarşı hərəkət ediblər. Görüntülərdən də aydın şəkildə görünür ki, qarşıdan gələn avtomobillər həmin qayda pozan iki sürücüyə görə hərəkət sürətini aşağı salıb qəzadan yayınmağa çalışırlar.
Bir sözlə, qarşıdan gələn sürücülər ani diqqətsizlik etsəydilər qəza qaçılmaz olacaqdı.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh