Parklanma qaydalarını pozan sürücülərə maarifləndirmə REYDİ - VIDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün də Bakının müxtəlif küçə və prospektlərində dayanma-durma və parklanma qaydalarını pozan sürücüləri maarifləndirmək məqsədilə reydlər təşkil edib.
Bir neçə metrostansiyası yaxınlığında keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Bunun fərdi nəqliyyat vasitələri idarə edən sürücülərlə yanaşı taksi sürücüləri də edir. Polis əməkdaşları onlara xəbərdarlıq edərək dayanacaqları təmizləsələr də bir neçə dəqiqə sonra yenə əvvəlki vəziyyət müşahidə olunub. Reydlər zamanı məlum olub ki, əksər dayanacaqların və keçidlərin ətrafına YPX əməkdaşları təhkim olunub. Lakin ərazi böyük olduğundan bir əməkdaş buna tam nəzarət edə bilmir. Yolun bir tərəfini qaydaya salan əməkdaş digər tərəfə keçdikdə yenə əvvəlki durum yaranır.
Bəzən isə avtobuslar ikinci və üçüncü cərgədə dayanaraq yolu bağlayır. "YPX əməkdaşları onlara xəbərdarlıq edir, bunun qayda pozuntusu olduğunu deyir. Lakin sürücülər də haqlı olaraq dayanacağın təmizlənməsini bildirirlər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, avtobus sürücüləri dayanacaqların zəbt edilməsini əsas gətirərək yolun ikinci cərgəsində dayanır. Amma bəzi sürücülər isə daha irəli gedərək üçüncü cərgədə dayanaraq yolu tam bağlayırlar. Bu isə yolverilməzdir.
YPX əməkdaşları avtobus dayanacaqlarına mütamadi olaraq nəzarət edir, ordakı qanunsuz parklanma edən sürücülərə xəbərdarlıq edir, lakin belə görünür ki, onlar barəsində inzibati qaydada protokol tərtib edilmədikcə onlar bundan sui-istifadə edirlər. DYP sürücüləri nizam intizamlı olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, öz mənafelərini naminə başqalarının ziyan çəkməsinə şərait yaratmamamağa çağırıb. Əks halda onlar barəsində tədbirlər görüləcək."
Orxan Əli
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO













