Polis reyd keçirdi: Sərxoş sürücülər aşkarlandı

Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə təbliğat xarakterli reyd təşkil edib. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, reyddə idarənin əməkdaşları, o cümlədən Yol Patrul Xidməti alayı, eləcə də Mingəçevir və Yevlax şəhərlərinin yol polisinin əməkdaşları iştirak edib. Mingəçevir şəhərində 4 istiqamət üzrə təşkil olunan reyd əsasən təbliğat xarakterli olub. Reydlə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Şöbəsinin dövlət avtomobil müfəttişi Mahir Nağıyev bu cür reydlərin xidməti fəaliyyət planına uyğun ölkənin bütün bölgələrində davam etdiriləcəyini vurğulayıb: "Əsas məqsəd kobud qayda pozucularına qarşı mübarizənin gücləndirilməsi üçün təbliğat vasitələrindən yararlanmaqdır. Yəni kobud qayda pozucularının müəyyən olunaraq sürücülərin xəbərdar edilməsi və onların qanunçuluğun tələblərinə uyğun olaraq bir daha maarifləndirilməsidir".
Qeyd edək ki, reyd zamanı bir sıra qayda pozuntusu halları müşahidə olunub. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər aşkar olunub. Eyni zamanda avtomobillərə müəyyən qurğular quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə marifləndirici söhbətlər aparılaraq ciddi xəbərdarlıq edilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











