“Protiv” gedən sürücü cəmi 1 saniyə “irəli düşdü” – 100 manat 4 bal - VİDEO
Avtoreyd
17 Dekabr 2018 20:37
Oxunub 2403
Bir saniyəyə görə 100 manat cərimə ödəmək ağılsızlıqdır
Sosial şəbəkələrdə daha bir "protiv" çıxan sürücünün videogörüntüsü yayılıb. Dekabrın 17-də, saat 12:47 radələrində 99 NF 341 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Sumqayıt şəhərində 1.3 xəttini tələbini pozaraq tam olaraq əks yola çıxır. Bu halda sürücüyə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə cərimə nəzərdə tutulub. Bu sürücü guya özünü başqalarından ağıllı sanırdı, amma 1 saniyəyə görə 4 bal, 100 manat cərimə ödəmək ağılsızlıqdır.
Ümid edirik ki, DYP rəsmiləri tezliklə özünü başqalarından daha üstün hesab edib digər hərəkət iştirakçılarına təhlükə yaradan bu sürücünün tezliklə tapılıb protokol yazılmasına nail olarlar.
Avtosfer.az görüntüləri təqdim edir.
Kənan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR