Qanunsuz sərnişin daşıyanlar cərimələndi: Sumqayıtda - VİDEO

Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olanlara qarşı mübarizəni davam etdirir. Şöbədən Avtosfer.az a bildirilirb ki, gündəlik olaraq qanunsuz sərinişdaşıma ilə məşğul olanlara qarşı görülən tədbirlər nəticəsində yüzlərlə sürücü barəsində inzibati pratokol tərtib olunub. Lakin onlar hələ də bu işi davam etdirirlər və bəzən texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsinə, sənədləri qaydasında olmayan sürücülərə rast gəlinir.
Son iki gün ərzində Sumqayıt şəhər ərazisində keçirilən reydlərdə Sumqayıtdan Bakıya və əks istiqamətdə qanunsuz sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı 20-dən artıq protokol tərtib olunub. Nəqliyyat vasitələri texniki cəhətdən nasaz olduğuna, sürücülərin sənədləri qaydasında olmadığına görə cərimə meydançasına aparılanlar da olub.
Yol Polisi Şöbəsindən onu da bildirirlər ki, tədbirlər davam etdiriləcək. Atılan bu addımlar sərnişindaşıma sahəsində nəzarəti gücləndirmək, nizam–intizam yaratmaq və sərinişinlərin təhlükəsiz daşınmasını təmin etmək məqsədi daşıyır.
Orxan
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












