Qaydaları pozan 30-a yaxın sürücü cəzalandırılıb - Göygöldə

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Göygöl rayonunda reyd keçirilib. DİN Mətbuat Xidmətinin Gəncə şəhərində regional qrupundan Avtosfer.az-ya verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkarlanması məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Saxlanılan 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sürücülük hüququ olmadan idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Göygöl Dövlət Yol Polisi bölməsindən bildirilib ki, yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində davam etdiriləcək.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











