Qəza şəraiti yaradan sürücülər - Təhlükəli görüntülər yayıldı - VİDEO

Tez-tez izləyicilərin diqqətinə ölkə yollarında təhlükəli vəziyyət yaradan sürücülərlə bağlı görüntülər təqdim edirik. Budəfəki süjetdə isə sizlərə qaydaları kobud şəkildə pozaraq yolda qəza şəraiti yaradan 3 sürücünün görüntüsünü təqdim edəcəyik. Hər üç görüntü votsap nömrəsinə göndərilib. Məsələn, ötən gün Adaş-Bakı yolunda qeydə alınmış görüntüdə sərnişin avtobusu o qədər sürətlə hərəkət edir ki, hətta saatda 140 kilometr sürətlə hərəkət edən minik maşını da ona çata bilmir. 99 MM 858 dövlət qeydiyyat nişanlı avtobusun sürücünün qaydaları kobud şəkildə pozduğu açıq aydın görünür. Həmin sürücü bu hərəkəti ilə həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atır.
Digər görüntü isə Qızıldaş yolu kimi tanınan Qaradağ rayonu ərazisindən Sumqayıt istiqamətinə gedən arxa yolda qeydə alınıb. Burada hərəkət edən yük maşınının arxasından o qədər toz qalxır ki, yolda hərkət edənlər görməkdə çətinlik çəkirlər. Sürücü bu hərəkəti ilə yolda qəza şəraiti yaradır.
Şirvan rayonunda çəkilən başqa görüntüdə isə minik maşınına qoyulan turbanın avtomobildən 1 metrdən çox kənara çıxdığı görünür və az qala digər avtomobillərə dəyir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov görüntülərlə bağlı deyib ki, hər 3 sürücü qaydaları pozur. Rayonlararası yolda sərnişin avtobusu maksimum saatda 90 kilmetr sürətlə hərəkət etməli olduqu halda, bu sürücü avtobusu saatda 140 kilometr sürətlə idarə edir. Buna baxmayaraq sürücünün cərimələnməsi üçün bu sürətin yalnız radarla təyin edilməsi vacibdir. Belə olarsa sürücü 150 manat və 3 bal miqdarında cərimələnə bilər. Digər iki görüntüdə isə yükdaşıma qaydalarının pozulması faktı var və buna görə sürücülər 40 manat cərimələnə bilər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











