Reyd zamanı sərxoş sürücülər aşkar edilərək cərimələnib - FOTO

Bərdədə Yol Patrul Xidməti alayı və Bərdə rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib. Rayonun müxtəlif küçələrində təşkil olunan reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılaraq inzibati qaydada cərimələnib. Həmçinin sürücülərin sərxoş olub-olmadığı da yoxlanılıb. Rayonun müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişikliklər edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı sürücülük hüququ olmayan, həmçinin nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib. Reyd zamanı sürücülük hüququ olmayan, nəqliyyat vasitələrinə əlavə qurğular quraşdırmış sərxoş sürücülər aşkar edilib və barələrində inzibati tədbir görülərək avtomobilləri cərimə meydançasına aparılıb. Reydin keçirilməsində əsas məqsəd bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək, yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlamaq, onların yarada biləcəyi təhlükənin qarşısını almaqdır. Reyd zamanı ümumilikdə 30-dan çox yol hərəkəti qaydasının pozulması faktı aşkarlanıb. Qeyd edək ki, reydlərin qarşıdakı günlərdə də keçirilməsi planlaşdırılır."Report"
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO





























