Sabirabadda yol polisi reyd keçirib - FOTO

Baş Dövlət Yol Polisinin (BDYP) Sabirabad yol polisi bölməsinin 12-ci taqımı növbəti dəfə sərxoş, yükdaşıma və kobud qayda pozan sürücülərə qarşı reyd keçirib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, reyd zamanı hərəkətin intensiv olduğu Hacıqabul-Bəhrəmtəpə magistralında təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Reydlə bağlı Sabirabad yol polisi bölməsindən bildirilib ki, reydin əsas məqsədi həm də nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparmaq olub. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə izah olunub ki, sərnişindaşıma ilə məşğul olarkən qaydalara əməl edilməli, normadan artıq sərnişin götürməməli, hərəkətdə olarkən dayanacaq olmayan yerlərdə avtobusu saxlamamalıdırlar. Havanın isti olmasını nəzərə alaraq sürücülərə və sərnişinlərə yola çıxmamaları barədə tövsiyələr edilib. Həmçinin yükdaşımalar zamanı normadan artıq yüklərin daşınması qəza vəziyyəti yaratmaqla bərabər oxa düşən yükün normadan artıq olması yolların sıradan çıxmasına da səbəb olması barədə yük avtomobillərinin sürücülərinə izah olunub. Bir neçə sürücü barəsində inzibati protokollar tərtib edilib, sürücülük vəsiqəsi olmadan idarə olunan avtomobillər duracağa yerləşdirilib. Reyd zamanı polis əməkdaşları tərəfindən bəzi sürücü və sərnişinlərə postlarda olan imkanlar daxilində yardımlar edilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO














