Sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın" - VİDEO

Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib. Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını almaq olub. Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin "saxla" əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib. Sükan arxasında oturanların bəziləri isə sənədlərinin olmamasını etiraf edib. Saxlanılanlardan birinin 10 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üzə çıxıb.
Reyd zamanı saxlanılan 50 sürücünün 20-si barəsində inzibati protokol tərtib olunub. Bəzi avtomobillər dayanacağa aparılıb. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











