Sərxoş sürücü və qız yol polisindən belə qaçdı - VİDEO

Bakıda səhər saatlarında yol qəzası baş verib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb. Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı DYP maşınından qaçarkən yol qəzası törədib. Oxucu tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə "Qara Qarayev" metrostansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür. Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük. Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb. Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.
Yol-qəza hadisəsində xəsarət alan olmayıb.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











