Xanım avtomobilin lukundan bayıra çıxaraq "selfie" çəkir - VIDEO
Avtoreyd 11 İyun 2018 16:29 Oxunub 1926
Xanım avtomobilin lukundan bayıra çıxaraq "selfie" çəkir - VIDEO
Sərnişin həmin lyukdan çıxaraq həyatını faciəvi şəkildə itirə bilərdi.

Bakıda özünü ölümə aparan sərnişin Avtosfer.az-ın kamerasına düşüb.

Belə ki, iyunun 8-i Sadiq Dadaşov küçəsində hərəkətdə olan 90-HV-008 qeydiyyat nişanlı "Walksvagen" markalı avtomobilin ön oturacağında əyləşən sərnişin xanım, avtomobilin lyukundan bayıra çıxaraq telefonla özünü çəkməyə başlayıb. Sürücü və sərnişin bu hərəkətin nə qədər təhlükəli olduğunu və faciə ilə bitəcəyini dərk etmir. Sərnişin yolun kənarındakı ağaclara dəysəydi ağır xəsarət ala bilərdi.Ən pis halda isə avtomobil qəzaya düşsəydi zərbə nəticəsində sərnişin həmin lyukdan çıxaraq həyatını faciəvi şəkildə itirə bilərdi.

Sərnişin təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh