Yol polisi "20 yanvar" dairəsini 5 dəqiqəyə "təmizlədi" - FOTO - VIDEO

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun rəhbərlik etdiyi qrup, eləcə də Yol Patrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları "20 yanvar" metrosu ətrafında "təmizləmə əməliyyatı" keçiriblər.
Reyd zamanı dayanma-durma, parkanma qaydalarını pozan, qanunsuz olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, piyadaların və digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədən sürücülər "20 yanvar" dairəsindən kənarlaşdırılıb. Qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olanlar barəsində müvafiq olaraq inzibati qaydada protokol tərtib olunub. Cəmi 5 dəqiqə ərzində ərazi təmizlənərək nəqliyyatın hərəkəti üçün normal vəziyyətə gətirilib.
Reyd barədə Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ərazidə polis əməkdaşları olmayanda vəziyyət o qədər də ürəkaçan deyil. "Çox təəssüflər olsun ki, bu gün keçirdiyimiz reyd zamanı bir daha şahidi olduq ki, yol polisi əməkdaşlarının ərazidə 24 saat ərzində dayanması vacib şərtdir. Çünki polis əməkdaşı ərazidə olanda nəqliyyatın hərəkəti qənaətbəxş hesab edilir. Sürücü YPX əməkdaşlarını görməyəndə yenə də dayanma-durma qaydalarını pozur.
V. Əsədov onu da əlavə edib ki, süni sıxlıq və tıxacların yaranmasına səbəb də məhz parklanma qaydalarının pozulmasıdır.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elməddin Muradlı
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO














