Yol polisi reyd keçirdi: sərxoş sürücülər saxlanılıb - Ağcabədidə

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ağcabədi, Bərdə və Laçın rayonlarının dövlət yol polisi bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 13-cü tağımı tərəfindən Ağcabədi rayonunda reyd keçirilib. "Report"un verdiyi məlumata görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan və alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, həmçinin manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş vəziyyətdə idarə edərək özünün və digərlərinin həyatını real təhlükə altında qoyanlar da olub. Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyan reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
























