Yük maşınının sürücüsü Bakıda "avtoşluq" etdi - Sürücü cəzalanacaq - VİDEO

Şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb. Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin şəhərdə sürətlə hərəkət etdiyini görüb, dərhal onu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, 10 ZH 674 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradaraq, avtomobili minik maşını kimi idarə edir. O, hətta ''Koroğlu'' metrostansiyası yaxınlığındakı körpünün üzərindən də eyni sürətlə keçərək üzü Dərnəgül şossesinə doğru hərəkətinə davam edir.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir. Vaqif Əsədov bildirir ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür görüntülər Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılır. Qaydaları kobud pozaraq digər hərəkət iştrakçıları üçün təhlükə yaradan bu sürücü aşkar edilərək cərimə olunacaq.
Qeyd edək ki, yük avtomobilləri üçün şəhərdaxili yolda maksimum sürət saatda 60 kilometrdir. Həmin sürücü bu qaydaları pozduğu üçün o, İnzaibati Xətalar Məcəlləsinin 328, yəni ''yolda müəyyən edilmiş sürət həddini aşdığına'' görə 50 manat və 2 bal ilə cərimələnəcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











