24 illik "BMW M5" 130 min dollara satılır - FOTO

Enthusiast Auto Group cəmiyyəti ABŞ-da 24 illik BMW M5 (E34) universalını satışa çıxarıb. Yaşına və 155 min kilometr yürüyüşünə baxmayaraq avtomobilin satış qiyməti 130 min dollar təşkil edir.
E34 indeksli BMW M5 modelinin universal kuzovlu variantı nadir tapılan avtomobillərdən hesab edilir. Belə avtomobillərdən cəmi 900 ədəd istehsal edilmişdir. Lakin, təklif edilən nüsxənin yüksək qiymətinin səbəbkarı avtomobilin kuzovunun nadir Santorin Blue Tourings rəngidir. Satıcının sözlərinə görə, bu avtomobil onun tarixində olan iki belə rəngli avtomobildən biridir. Qeyd etmək lazımdır ki, salonun əsas rəngi açıq-qəhvəyi olsa da, onun tərtibatında kuzovun rəngində olan işləmələrdən istifadə edilib.
Universal 3,8-litrlik sıralı altı silindrli mühərrik və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Avtomobil ABŞ-da olsa, satıcı modelin Avropa bazarı üçün nəzərdə tutulduğunu bildirib. (autograph)
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO

















