“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO

“Toyota” şirkəti Çində satışlarının 23 faiz azalmasından sonra yeni nəsil “Corolla” modelinin istehsalına 2028-ci ildən başlamağı planlaşdırır. Yeni modelin elektrik, hibrid və benzin mühərrikli versiyalarda təqdim edilməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, yeni nəsil “Corolla”nın istehsalını “Toyota” ilə Çinin FAW Group şirkətinin birgə müəssisəsi olan FAW Toyota Motor həyata keçirəcək.
Modelin elektrik, hibrid və benzin mühərriklərini dəstəkləyən yeni avtomobil platforması əsasında hazırlanması planlaşdırılır.
Yeni nəsil “Corolla”nın konsept versiyası ötən ilin payızında keçirilən Yaponiya Mobillik Sərgisində təqdim olunub. Həmin vaxt “Toyota”nın prezidenti Koji Sato müxtəlif ölkələrdə yol şəraitinin və enerji imkanlarının fərqləndiyini vurğulayaraq, modelin müxtəlif mühərrik seçimləri ilə təklif edilməsinin planlaşdırıldığını bildirib.
Şirkət rəhbəri tam elektrikli versiya ilə yanaşı, hibrid və benzin mühərrikli variantların da istehsal olunacağını açıqlayıb.
Çin avtomobil bazarında elektrikli və digər yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinə tələbatın zəifləməsi, eləcə də istehsalçılar arasında rəqabətin güclənməsi şirkətlərin fəaliyyətinə təsir göstərir. Qiymət endirimləri də avtomobil istehsalçılarının gəlirliliyinə təzyiq yaradır.
“Toyota”nın Çindəki istehsal planları yalnız “Corolla” ilə məhdudlaşmır. Şirkətin 2027-ci ildən etibarən “Lexus” markası üçün daha uzun yürüş məsafəsinə malik yeni nəsil elektrikli avtomobillər istehsal etməsi də planlaşdırılır.
Eltac Zülfüqaroğlu
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO













