"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO

Bir neçə gün əvvəl sosial şəbəkədə müştərilərdən biri "Kontakt Home" mağazasından övladı üçün aldığı "Huawei" planşetinin qələmi ilə bağlı şikayət paylaşmışdı. O bildirmişdi ki, qələmi ayrıca satın aldıqdan sonra qablaşdırmasının üzərində "Not for Sale" ("Satış üçün deyil") yazısı olduğunu görüb. Müştəri bununla bağlı "Huawei"yə müraciət etdiyini, daha sonra isə məsələni ictimailəşdirdiyini qeyd edib.
Avtosfer.az xəbər verir ki, paylaşımdan sonra "Kontakt Home" müştərinin müraciətinə cavab verərək məsələni araşdıracağını və onunla əlaqə saxlayacağını bildirmişdi.
Müştərinin son paylaşımına görə, daha sonra həm "Kontakt Home" həm də "Huawei"nin Azərbaycandakı nümayəndəliyi onunla əlaqə saxlayıb. Bildirilib ki, sözügedən qələm satış üçün nəzərdə tutulmayıb, lakin səhvən satışa çıxarılıb.
Şirkət nümayəndələri qələmin ödənişinin müştəriyə geri qaytarılacağını bildiriblər. Eyni zamanda qeyd olunub ki, planşetlə birlikdə həmin qələmi alan digər alıcılar da qəbzlə mağazaya müraciət edərək ödədikləri məbləği geri ala bilərlər.
Fərid



“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO












