Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yollarının rəhbərləri görüşdü

Avtosfer Foto 19 İyun 2017 11:19 Oxunub 1900
Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yollarının rəhbərləri görüşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı görüşündə Cənub-Qərb nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin  beştərəfli görüşü keçirilib. Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə,  “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak ediblər. 

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Beştərəfli görüşdə  "Cənub-Qərb" nəqliyyat marşrutu - üstünlükləri və inkişaf perspektivləri, eləcə də Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolu rəhbərlərinin  "Cənub-Qərb" nəqliyyat marşrutu  inkişaf perspektivləri ilə bağlı ilk yığıncağının protokolunun müzakirəsi və qəbul edilməsi məsələləri müzakirə edilib. Həmçinin görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən hazırlanmış veb-saytının və video-rolikin təqdimatı baş tutub.

Müzakirələrlərdən sonra qərara alınıb ki, Hindistan – Fars Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda bu marşrut üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin  tətbiq edilməsi məsələsi araşdırılsın. 

Qəbul edilmiş razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası, Ukrayna Respublikası və Polşa Respublikasının dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilir. Eyni zamanda “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yarana biləcək maneələrin  aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstan, İran İslam Respublikası, Ukrayna və Polşa Respublikaları dəmir yollarının  nümayəndələrindən  ibarət İşçi Qrup yaradılacaq. 

Tədbirin sonunda isə müvafiq sənədlər imzalanıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh