Azərbaycanlı gənc “Sahil” adlı avtomobilin dizaynını hazırladı - FOTO

Azərbaycanlı gənc Ramil Nəcəfov yeni avtomobil dizaynı üzərində işi başa çatdırıb. Avtosfer.az xəbər verir ki, Dizayner Azərtac-ın müxbirinə bildirib: “Yeni sahil” adı verilən bu avtomobil ekonom sinfə aiddir. “Yeni sahil” dördnəfərlik, ön ötürücülü və beşqapılıdır. Dam boyu panoram lükü olan avtomobilin mühərrikinin həcmi 1,3 litrdir. Beşpilləli avtomat robot transmissiya sistemi ilə hərəkət edə bilən avtomobilin maksimum sürəti saatda 200 kilometrə çatır. Əyləc funksiyası dörd ədəd qırmızı antiblok əyləc sistemi vasitəsilə yerinə yetiriləcək. Avtomobil həm elektrik, həm də benzinlə işləyə bilər. Əlbəttə, bütün bu göstəricilər nəzəri cəhətdən mümkündür. Daha dəqiqini mütəxəssislər deyə bilərlər”.
R.Nəcəfov qeyd edib ki, bu dizaynı hazırlamaq üçün dörd ay sərf edib. O, layihəsinin dəstəklənməsi üçün “Yeni sahil” avtomobil modelinin dizaynını Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavoduna göndərmək niyyətindədir.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO





















