Banner

Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası - FOTOLAR

Avtosfer Foto 17 Aprel 2017 09:18 Oxunub 2782
Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Transformer özündə 5 elementi birləşdirən modeldir

Azərbaycanlı gənc alternativ enerji ilə calışan avtomobil ixtira edib. Avtomobil haqqında məlumat verməzdən öncə qısaca olaraq transformerlər və onların qurucuları və transformerlərin gələcəkdə nəyə xidmət edəcəkləri barədə maraqlı məqamları hər kəsin diqqətinə çatdırmaq istərdik. Bu 3 ildir üzərində əksəriyyəti gənc olan onlarla mütəxəssislərin və elm nümayəndələrinin çalışdığı həcmcə çox böyük və yüksək dəyərdə olan bir layihədir. Layihə çərçivəsində gələcək dövrü simvolizə edən quru, dəniz və hava səhtini əhatə edən qapalı şəhər modeli, daxili tranzit xəttləri, özünə məxsus təhsil, səhiyyə, sənaye, kommunikasiya, nəqliyyat vasitələrinin modelləri, yeni nəsil ordu, texnika və texnologiyaları modelləri yaradılmaqdadır. Layihənin müəllifi və rəhbəri gənc ixtiraçı Tural İsmayılzadədir. Modellər üzərində gənc rəssam Zahid Kərimov və 3D dizaynerlər Şahin Kərimov və Faiq Əliyev çalışıb. Bu modellərdən artıq ilki ictimaiyyətə açıq elan edilmiş sayılsın. Layihəyə Leyla Həsənovanın təklifi ilə 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan ordumuzun baş leytenantı Rəşid Mehdiyevin soyadı verilib.

Transformer özündə 5 elementi birləşdirən modeldir. Avtomobil qısa zaman çərçivəsində təyyarəyə, vertolyota, qayığa və sualtıqayığa çevrilə bilir. Nəzərdə tutulan trasformasiyanı avtomobil həm sabit vəziyyətdə, həm hərəkətdə olarkən həyata keçirə bilməsi onu öz sinifində unikal edir. Layihə barəsində ilk dəfə məlumat verilərkən, yaradılmasının həddindən artıq mürəkkəb bir məsələ olduğunu iddia edərək, azərbaycanlı bir sıra alimlər tərəfindən qınanıldıq və sərt şəkildə ittiham edildik. Bu gün artıq əlimizdə həmin layihənin daha inkişaf etdirilmiş nüsxəsi var və biz həmin modelin aylar sonra ölkəmizin şəhər və küçələrində, səmasında və Xəzər dənizinin dərinliklərində hərəkət etməsini görmək istəyirik. "Transformerin ən böyük xüsusiyyəti onun yanacaqsız eko-rejimdə işləməsi olacaq. Model bütövlüklə enerji panellərindən, alternativ enerji bloklarından və güclü mühərriklər şəbəkəsindən ibarət olacaq. Bionik örtüyə sahib olması və kompakt quruluşu onu istənilən şəraitdə idarə olunmasına və ətrafındakı bütün imkanları enerjiyə çevrilməsinə zəmin yaradacaq. Bu sizin Bakıdan öz şəxsi nəqliyyat vasitənizlə dünyanın istənilən nöqtəsinə gedib dayanmadan geri dönməzinə şərait yaradacaq ki, bu da böyük xərcləri 0-a endirəcək. Bu sistemin böyük hava gəmilərinə də tədbiqi üzərində çalışılırıq. Trandformerin gələcəkdə adi nəqliyyatda və hərbi məqsədlərdə istifadəsi üçün hazırlanması nəzərdə tutulur. 4 fəsil turistik sezona uyğunlaşdırılıb".

Texnologiyalar və nəqliyyat sayəsində yaradılacaq ən yüksək texnologiyalardan birincisi və yeni nəsil transformerlərin əsasını qoymuş olacaq. Yaxın müddətdə layihənin təqdimatı keçiriləcək.

Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası

Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası

Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası

Azərbaycanlı gəncdən alternativ enerji ilə calışan avtomobil ixtirası
 
 
voicepress
ŞƏRH YAZ
Ad

E-mail

Şərh