Azərbaycanlı milyarder raket keçirməz lüks yaxtası ilə FOTOLAR

Dünyanın ən varlı adamlarından biri, əslən azərbaycanlı olan milyarder lüks yaxtası ilə Bodruma gedib. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, söhbət "Northgas" icracı direktoru olan milyarder 62 yaşlı Fərhad Əhmədov "Luna"sında istirahətə başlayıb. Biri qapalı olmaqla iki hovuzu, helikopter meydançası, mini sualtı qayığı, 6 sürət qayığı, güllə keçirməz şüşələri və hər cür raketə qarşı müdafiə sistemi olan dəmir gövdəli ultra lüks yaxta saatda 30 mil sürət yığır. Lüks yaxtada ümumilikdə ancaq 50 işçi var ki, onlardan 20-i mühafizəçidir.
Məlumata görə, iş adamı tətilə həyat yoldaşı Tatyana Əhmədova, üç övladı və dostları ilə birlikdə gəlib. 115 metrəlik yaxta Bodruma ötən gün çatıb. Türkiyəyə gəlməzdən öncə ailə Yunanıstanın adalarında dincəlib.
Nəhəng lüks yaxtanı görmək üçün insanlar Bodrumda onun dayandığı limana axın ediblər. Məlumata görə, Əhmədovun özü və qonaqları üçün bir gündə Yalıkavak Limanındakı balıqçılardan 150 kq dəniz məhsulları alınıb. Əhmədov "Luna"nı "Çelsi" klubunun sahibi, rus milyarder Roman Abramoviçdən alıb.
Azərbaycanlı milyarderin Bodrum tətili 10 gün davam edəcək.
Xatırladaq ki, bir neçə ay öncə Britaniyada azərbaycanlı milyarderlərdən birinin boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə məlumat yayılmışdı.
Milyarderin adı açıqlanmasa da onun F.Əhmədov olduğu iddia edilirdi. Məhkəmənin qərarına görə, Rusiya oliqarxı keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Bu, boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olmalı idi.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










