Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO

“Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Priyev sərnişinlərin ictimai nəqliyyatdakı fəaliyyətini şərh edən zaman bildirib. O, əlavə edib ki, bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir: “Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan nə qədər sərnişinlərimiz də var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır. Bu cür sərnişinlərə qarşı digər vətəndaşlar ictimai mübarizə aparmalıdır. Xüsusilə, intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, sərnişinlərin də rolu böyükdür. Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə, axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər.
İctimai nəqliyyatda hər birimiz iştirakçıyıq. Ona görə də, illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq”.
Mətbuat katibi paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında çəkilmiş bir neçə fotonu da sosial şəbəkədə paylaşaraq bu kimi halların yolverilməz olduğunu qeyd edib.


Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










