Bakının daha bir “xam sürücüsü” görün nə etdi - FOTO

Bakıda daha bir “xam sürücü” peyda olub. Avtosfer.az xəbər verir ki, həmin sürücü bu gün Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yeraltı dayanacaqda digər sürücülərə qarşı hörmətsizlik edib. Jurnalist Mahir Məmmədlinin paylaşdığı fotodan da aydın olur ki, “Changan” markalı, 99 AR 479 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşın düz qarajın giriş qapısında park edərək yolu kəsib. Onun bu əməli nəticəsində onlarla sürücü bir neçə dəqiqə qaraıdan çıxa bilməyib.
Qeyd edək ki, bu əməli ilə sürücü dayanma-durma qaydalarını pozub və cərimə oluna bilər.
***
Bir qədər əvvəl həmin sürücü Avtosfer.az saytı əlaqə saxlayıb və bildirib ki, burada maşın saxlamağın qadağan edildiyindən xəbərsiz olub: "Orada hər gün maşın saxlayırlar. Mən elə bilirdim ki, aşağıdakı qarajda maşın saxlayan olmur. Gecə saat 2-də evə gəldim, gördüm, yer boşdur, saxladım. Bilirəm, qayda pozmuşam, amma bunu bilərəkdən etməmişəm".
Elmin
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











