"Bentley Continental GT" daha da güclü olub - FOTO

“Bentley” şirkəti “Continental GT Speed” adlı ən sürətli modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Onsuz da vəhşi olan bu superkar daha güclü və cəld olub. “Bentley Continental GT Speed”-in kapotu altında elə həmin 6-litrlik, iki turbo kompressoru olan “W12” mühərriki dayanıb. Lakin aqreqat təkmilləşdirildikdən sonra ona 7 a.g. və 20 Nm əlavə edilib. İndi bu mühərrik dəqiqədə 2000-dən 5000 dövrə qədər diapazonda 642 a.g. və 840 Nm fırlanma anı verir. Mühərrik əvvəlki kimi yenə də 8-pilləli avtomat ZF ilə işləyir və sürətlənməyə yenə də tam ötürücü sistem kömək edir. Nəticədə 100 km/saata sürətlənmə 0,1 saniyə daha tez – 4,1 saniyəyə həyata keçir. Maksimal sürət elə əvvəlki kimi 331 km/saatdır. Bundan əlavə, təkmilləşdirilmiş “Bentley Continental GT Speed” üçün xüsusi versiya - “Black Edition” təklif edilir. Ona faraların və şüşələrin qara haşiyələri, qara və ya qırmızı əyləc supportları, o cümlədən 21-düymlük təkər diskləri daxildir.



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








