Bu qız 5 nəfəri öldürüb - Atası isə 1 milyon yarıma işi bağlamaq istəyir - FOTO

Oktyabrın 18-də Ukraynanın Xarkov şəhərində 5 piyadanın ölümü və 6 nəfərin də yaralanması ilə nəticələnən qəzanı törədən 20 yaşlı Yelena Zayçevanın biznesmen atası Vasili Zayçev qızının azadlığa çıxması üçün 1,5 milyon dollar ödəməyə hazır olduğunu bildirib. Avtosfer.az-ın məlumatına görə, “qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək qızını bağışlamalarını istəyib. 61 yaşlı iş adamı bildirib ki, zərər çəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır: “İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərər çəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”.

V.Zayçev qəzaya görə sadəcə qızının məsuliyyət daşımadığını da deyib:
“Başqa bir avtomobil qızımın maşınını vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyələndirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”.
Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.









"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










