Dünyanın ən çox ziyarət olunan parkinqi - FOTO

İkinci dünya müharibəsindən 80 il ötsə də, bu tarixi hadisəyə maraq səngimir. Bu gün Almaniyada 3-cü Reyx (Hitler Almaniyası) dövründə tikilmiş binalara, görülmüş işlərə maraq nəinki azalır, əksinə artır.
Avtosfer.az xəbər verir ki, Almaniyanın kapitulyasiyasından sonra binaların üzərindən faşizm simvolları yığışdırılıb, bəzi binalar sökülüb, yaxud, rekonstruksiya olunub. Bununla belə, tarixi yaddaş yerində qalır. Hitler dövrünün tikintiləri bu gün də dünyanın müxtəlif ölkələrindən turistləri cəlb edir. Aralarında heç bir sərhəd nəzarəti olmayan Avropa ölkələrinin turizm şirkətləri bu günlərdə Berlinə ekskursiyalar təşkil edir.
Hitler dövrünün inzibati binaları bu gün də sadəliyi və möhtəşəmliyi ilə seçilir. Məsələn, vaxtilə Almaniya HHQ-nin baş qərargahı olmuş binada indi Almaniyanın Maliyyə Nazirliyi yerləşir (fotoda – Aİ və Almaniya bayraqları olan bina).
30-cu illərdə Almaniya həm də yaxşı avtomobilləri ilə xarakterizə olunur. Təbii ki, Reyx administrasiyasının əməkdaşlarının avtomobillərini park eütməsi üçün yer də tələb olunurdu. Bu yer isə Hitlerin bunkerinin yanında yerləşirdi (ağ-qara foto və betonla əhatəli meydança).
Alman bələdçilərin dediyinə görə, son illərdə bu tikililəri ziyarə edən əcnəbilərin sayı 30 faiz artıb. Hitler dövrünün parkinqi isə ən çox turist cəlb edən dayanacaqdır.
Vüqar Yaşaroğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR















